Səbinə Babayeva: “Məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənimi təmsil etməkdən qürur duyuram”

Səbinə Babayeva: “Məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənimi təmsil etməkdən qürur duyuram”
# 25 may 2012 18:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” Mahnı Müsabiqəsində Odlar Yurdunu “When The Music Dies” mahnısı ilə təmsil edən Səbinə Babayeva qalib ölkəni təmsil etməyin böyük məsuliyyət olduğunu bildirib. S.Babayeva APA-ya açıqlamasında məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənini təmsil etməkdən qürur duyduğunu söyləyib.
“Eldar və Nigara bu sevinci, bayramı bizə bəxş etdikləri üçün təşəkkür edirəm. Bu ilki yarışmada yer aldığım və istedadlı ifaçılarla mübarizə aparacağım üçün xoşbəxtəm. “Crystal Hall” səhnəsində böyük muğam ustadımız, Azərbaycanın xalq artisti Alim Qasımovla birgə çıxış edəcəyim üçün inanılmaz qürurluyam. Sabah baş tutacaq finalda bütün dünya Azərbaycanlılarının mənə dəstək durmasını istəyirəm. Nə qədər uzaqda olmağınızdan asılı olmayaraq, sizin dəstəyiniz bütün qəlbimlə hiss edəcəyəm. Əmin olun ki, dəstəyiniz mənə ruh yüksəkliyi verəcək və səhnədəki çıxışımın möhtəşəm olmasına kömək olacaq”, deyə müğənni bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR