Azərbaycan neft məhsullarının istehsalını 5% azaldıb

Azərbaycan neft məhsullarının istehsalını 5% azaldıb
# 23 iyun 2012 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının ümumi istehsalında 4,7% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, buna baxmayaraq, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 1,7%, ağ neftin istehsalı 4,8%, neft bitumunun istehsalı isə 24,6% artıb. Bununla belə, dizel yanacağının istehsalı 9,8% azalaraq 911,8 min ton, sürtgü yağlarının istehsalı 14% azalaraq 30,2 min ton olub.

Neft emalı müəssisələrinin anbarlarında 46,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,5%-i qədər hazır məhsul qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR