Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başlayıb

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başlayıb
# 27 iyun 2012 07:37 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Bu il Azərbaycanda magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərinin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR