Moskva meriyası müxalifətə “Milyonların Marşı” aksiyasını keçirmək üçün paytaxtın mərkəzində yer ayırıb

Moskva meriyası müxalifətə “Milyonların Marşı” aksiyasını keçirmək üçün paytaxtın mərkəzində yer ayırıb
# 12 sentyabr 2012 11:34 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskva meriyası Rusiya müxalifətinə paytaxtın mərkəzində kütləvi aksiya keçirməyə icazə verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, meriya ilə müxalifət nümmayəndələri arasında uzun müddət davam edən danışıqlardan sonra razılıq əldə olunub.

Əldə olunan razılığa əsasən müxalifət sentyabrın 15-də “Milyonların Marşı” aksiyasını “Puşkinskaya” metrosunun yanından başlayıb, Saxarov prospektində bitirəcək. Müxalifətçi “Sol cəbhə”nin lideri Sergey Udaltsov sentyabrın 15-də keçiriləcək aksiyada 60 min nəfərə yaxın insanın iştirakının gözlənildiyini söyləyib. O, Moskva meriyasının mitinq keçirmək üçün müxalifətə 8 saat vaxt ayırdığını da bildirib.

Qeyd edək ki, Rusiya Kommunist Partiyası ilk dəfə rəsmi olaraq “Milyonların Marşı” aksiyasında iştirak edəcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR