İraq parlamenti Azərbaycan-İraq hökumətlərarası iş birliyi anlaşmasını təsdiq edib

İraq parlamenti  Azərbaycan-İraq hökumətlərarası iş birliyi anlaşmasını təsdiq edib
# 10 mart 2012 18:47 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova- APA. İraq parlamenti 2010-cu ilin noyabrında bağlanılan Azərbaycan-İraq hökumətlərarası iş birliyi anlaşmasını təsdiq edib.

İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu anlaşma Azərbaycan - İraq iqtisadi, ticarət, texnoloji, siyasət və s. sahələrdə münasibətlərin daha da inkişaf etməsinə yönəlib.

Qeyd edək ki, bu anlaşmanın təsdiq olunması təklifi İraq parlamentinin İraq – Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Jalə Neftçi tərəfindən parlamentə təqdim olunub.

Azərbaycanın Milli Məclisi anlaşmanı 2010-cu ilin dekabrında təsdiq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR