Azərbaycanda qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi üçün bütün zəruri İKT tədbirləri görülüb

Azərbaycanda qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi üçün bütün zəruri İKT tədbirləri görülüb
# 22 sentyabr 2012 14:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin keçirilməsi ilə əlaqədar çempionatın telekommunikasiya, informasiya texnologiyaları və televiziya yayımı ilə yüksək keyfiyyətlə və dayanıqlı təmin olunması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, paytaxtda T.Bəhrəmov, Şəfa, 8-ci km, Bayıl, Dalğa arena və Lənkəran stadionlarında fiber-optik xətlərin üzərindən yüksək keyfiyyətli telefon, faks, ISDN, genişzolaqlı internet xidmətləri təşkil edilib və tələb olunan radiotezliklər ayrılıb.

Eyni zamanda, Bakı və Abşeron yarımadasında analoq və rəqəmli yayımla yanaşı, oyunlar yüksək dəqiqlikli formata malik rəqəmli televiziya yayımı təmin edilib və nəticədə çempionatın oyunlarının daha yüksək keyfiyyətlə seyrinə müvafiq şərait yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR