Milli Məclisin deputatı MDB Parlamentlərarası Assambleyasının komissiyasının iclasına qatılacaq

Milli Məclisin deputatı MDB Parlamentlərarası Assambleyasının komissiyasının iclasına qatılacaq
# 05 oktyabr 2012 14:18 (UTC +04:00)
Bakı. Pərvin Abasov – APA. Oktyabrın 6-da Moldovanın Kişinyov şəhərində MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcək. Milli Məclisin (MM) nətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda MM-in deputatı Hacı Salayev bu komissiyanın sədr müavini kimi iştirak edəcək.

Tədbirdə “Firma adları haqqında”, “Ticarət sirri haqqında”, “MDB iştirakçısı olan ölkələrin Dünya Ticarət Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətinin hüquqi təminatı haqqında” və “Mübahisələrin məhkəmədən kənar həlli haqqında” model qanun layihələri müzakirə olunacaq.

İclasda H. Salayev çıxış edəcək, müzakirə olunan qanun layihələrinə münasibət bildirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR