Azərbaycan “Xəzər-2013 Biennalisi”nə ev sahibliyi edəcək

Azərbaycan “Xəzər-2013  Biennalisi”nə ev sahibliyi edəcək
# 17 sentyabr 2012 15:29 (UTC +04:00)
Rəssam İttifaqı tədbiri gəmidə keçirmək niyyətindədir

Bakı. Sübhan Mahmudlu-APA. Azərbaycan “Xəzər-2013 Biennalisi”nə ev sahibliyi edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açıqlama verib. O bildirib ki, artıq 2013-cü ilin sentyabrın gerçəkləşdirilməsi nəzərdə tutulan bu layihə ilə bağlı Rəssamlar İttifaqında dəyirmi masa keçirilib. F. Xəlilov deyib ki, biennalinin Xəzər dənizində xüsusi və böyük gəmidə keçirilməsi, beş ölkəni əhatə etməsi nəzərdə tutulur: “Hələlik gəminin axtarışındayıq və ümid edirik ki, bu arzumuz reallaşacaq. Azərbaycan ilk dəfə olaraq dənizdə belə bir biennali keçirəcək. Bu həm də incəsənətimizin təbliği istiqamətində lazımi addımdır. Növbəti il olmasa da, gəmidə sərginin təşkili və səyahətə çıxmağı nə zamansa həyata keçirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR