Sloveniyanın sabiq xarici işlər naziri: “Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət etməlidir”

Sloveniyanın sabiq xarici işlər naziri: “Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət etməlidir”
# 27 sentyabr 2012 08:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında Sloveniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin üzvü İvo Vayql bildirib.

“Biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatlara edilən tənqidlərə qoşuluruq. Fikrimizcə, ATƏT-in Minsk Qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir. Azərbaycan bu məsələdə Avropa Parlamentindən daha çox səylər gözləyir”, - deyə İ. Vayql əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət etməli və ölkənin suverenliyi bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR