Azərbaycan dəmiryolçuları peşə bayramını qeyd edib - FOTOSESSİYA

Azərbaycan dəmiryolçuları peşə bayramını qeyd edib - <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2012 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Azərbaycan Dəmir Yolları» QSC-də dəmir yolu işçilərinin peşə bayramı münasibətilə toplantı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə müstəqillik illərində ölkənin polad magistralında həyata keçirilən yenilikləri özündə əks etdirən foto-stendlər, video-rolik və «Azərbaycan dəmir yolları müstəqillik illərində» adlı sənədli film nümayiş olunub.

İclası giriş sözü ilə açan ADY QSC-nin rəisi Airif Əsgərov Azərbaycanın dəmir yolu tarixi, inkişaf dövrü və son illər ərzində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.

A.Əsgərovun sözlərinə görə, hazırda dəmir yolu üzrə baş yolların ümumi uzunluğu 2910,1 km, istismarda olan uzunluğu 2079,3 km-dir ki, bunun da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilib, 837,98 km-i, yəni 40,3%-i isə teplovoz dartısı ilə işləyir.

A.Əsgərov daha sonra “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlərlə bağlı geniş məlumat verib. O bildirib ki, Bakı-Tiflis-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşdırılması prosesində aktiv iş aparılır.

A.Əsgərov sonra idarənin 9 aylıq hesabatı ilə bağlı iştirakçıları ətraflı məlumatlandırıb.

Tədbirdə iştirak edən nəqliyyat naziri Ziya Məmmədov «Bakı-Tiblisi-Qars» dəmir yolu layihəsinin tikintisi üzrə işlərin yüksək səviyyədə aparıldığını bildirib. Onun sözlərinə görə, bu ilin sonuna kimi burada işlər tamamlanacaq. 2013-cü ilin ikinci yarısına kimi ilk test qatarı Bakı-Tiflis-Qars dəmir yolu xəttinə buraxılacaq. Ümumiyyətlə, 2013-cü ilin ikinci yarısında bu nəqliyyat koridoru tam istifadə veriləcək.

Tədbirin sonunda Ziya Məmmədov tərəfindən dəmiryolçuların peşə bayramı münasibətilə bir neçə dəmiryolçu fəxri fərman və diplomlarla təltif edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR