Azərbaycanda bələdiyyə işçiləri barəsində cinayət işi başlanıb

Azərbaycanda bələdiyyə işçiləri barəsində cinayət işi başlanıb
# 18 oktyabr 2012 14:26 (UTC +04:00)
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən meşə fonduna aid 7 hektar 58 sot torpaq sahəsi istirahət zonası yaratmaq, ev tikmək və sair məqsədlərlə qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara paylanılıb. Bundan başqa, 1.0 hektar meşə massivinin bələdiyyənin ərazisinə aid olması barədə qanunsuz qərar verilməklə həmin torpaq sahəsi hərraca çıxarılıb. İstifadəyə verilmiş sahələrdə torpağın qazılaraq götürülməsi nəticəsində meşə fonduna 27 min 27 manat, torpağın üst münbit qatının götürülməsi nəticəsində 64 min 350 manat, ümumilikdə isə 91 min 377 manat məbləğində ziyan vurulub.

Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR