Taner Yıldız: “İrandan təbii qaz idxalını azaltmayacağıq”

Taner Yıldız: “İrandan təbii qaz idxalını azaltmayacağıq”
# 03 noyabr 2012 09:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İrandan təbii qaz idxalını azaldıb yerinə bir başqa ölkədən mavi yanacaq idxalını artırmağı düşünmürük”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara ABŞ rəhbərliyinin də belə bir tələb irəli sürməyəcəyinə inanır: “İranda təbii qaz idxalında hər hansı bir azaltmaya getməyi düşünmürük. Mövcud müqavilələr çərçivəsində hazırda razılaşmalarımızın 18-20 faizini yerinə yetiririk. İndiyədək İrandan idxal etdiyimiz təbii qazın azaldılması ilə bağlı heç bir tələb olmayıb. Belə bir tələbin irəli sürüləcəyini də təxmin etmirəm. Belə bir tələbin irəli sürülməsi yalnız İrandan aldığımız təbii qazın miqdarına deyil, Türkiyəyə qarşı sanksiya tətbiq olunmuş anlamına gəlmiş olar. Onsuz da hazırda belə bir məsələ müzakirə mövzusu deyil. İndiyədək amerikalı həmkarlarımla keçirdiyimiz görüşlərdə belə bir tələb irəli sürülməyib”.

T. Yıldız deyib ki, İrana qarşı sanksiyalar Türkiyənin İrandan təbii qaz idxalına şamil olunmur: “Bu baxımdan İrandan təbii qaz idxalının azaldılması məsələsi Türkiyəyə aid deyil. Çünki bu müqavilələr sanksiyalardan əvvəl bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR