İranda aviabiletlərin qiyməti 65% artıb

İranda aviabiletlərin qiyməti 65% artıb
# 06 noyabr 2012 16:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda bu gündən etibarən aviabiletlərin qiyməti 65% artıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Aviaşirkətlər Assosiasiyasının sədri Seyid Əbdülrza Musəvi açıqlama verib.

O bildirib ki, aviaşirkətlər valyuta xərclərini ödəyə bilmədikləri üçün belə bir addım atılıb: “Şirkətlər dövlətin müəyyən etdiyi qiymətə dollar ala bilmirlər. Bu isə maddi zərərlə nəticələnir. Əslində şirkətlərə dəyən ziyanı nəzərə alaraq, biletlərin 75% artırılmasını istəyirdik. Lakin yalnız ortalama 65% artıma icazə verildi”.

S.Ə.Musəvi əlavə edib ki, bu gündən başlayaraq İranın 3 aviaşirkəti - “İran Air Tour”, “Mahan” və “Asiman” biletləri qiymət artımı ilə satmağa başlayıb.

Qeyd edək ki, İranın Mərkəzi Bankı valyutadəyişmə məntəqələri üçün dolların kursunu aşağı qiymətlə elan etsə də, qara bazarda bu valyuta daha yüksək qiymətlə satılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR