“Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 25 aprel 2012 07:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 10-11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının dəstəyi ilə “Müsəlman dünyasında qaçqınlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. APA-nın xəbərinə görə, konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən xarici işlər nazirləri başda olmaqla 500-dən çox nümayəndə iştirak edəcək. Forumun işinə 40 beynəlxalq və regional təşkilatın təmsilçiləri və 21 ölkədən müşahidəçilər də qatılacaq.

Konfransın yekunları əsasında Aşqabad Bəyannaməsi və müsəlman dünyasında qaçqınların durumu ilə bağlı fəaliyyət planı qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR