İstanbul toyların sayına görə Avropada birinci, dünyada isə ikinci yeri tutur

İstanbul toyların sayına görə Avropada birinci, dünyada isə ikinci yeri tutur
# 30 may 2012 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. İstanbul (Türkiyə) şəhəri keçirilən toyların sayına görə Avropada birinci, dünyada isə ikinci yeri tutur. “APA-Economics”in “Turkish News”a istinadən xəbərinə görə, bu sahədə dünya birinciliyi Las-Veqas (ABŞ) şəhərinə məxsusdur.

İstanbulda hər il 120 min toy keçirilir. Türkiyədə hər il 650 min cütlük evlənir. Ekspertlərin fikrincə, buna səbəb ölkədəki iqtisadi sabitlikdir.

Toy biznesinin illik həcmi 200 mln. dollar təşkil edir. Eyni zamanda toy mərasimləri təşkil edən şirkətlərin də sayı getdikcə artır. Toyunu Türkiyədə keçirən əcnəbilər arasında Səudiyyə Ərəbistanı, Livan, İordaniya, Azərbaycan və Rusiya vətəndaşları üstünlük təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR