Azərbaycan yığmasının sabiq futbolçusu Moldova klubuna keçdi

Azərbaycan yığmasının sabiq futbolçusu Moldova klubuna keçdi
# 13 mart 2012 15:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin sabiq futbolçusu Daniel Axtyamov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu 2 illik klubsuz günlərinə son qoyub. 2009/10 mövsümündə “Simurq”dan qovulan milliləşən rusiyalı karyerasında ilk dəfə Moldovada çıxış edəcək. Axtyamov bu ölkənin “Tiraspol” klubu ilə anlaşıb.

Qeyd edək ki, Daniel Azərbaycanda “İnter”, “Gəncə”, “Olimpik”, “Simurq”, həmçinin U-21 və əsas milli komandalarda çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR