Azərbaycanda qar uçqununa düşən ovçuların adları açıqlanıb

Azərbaycanda qar uçqununa düşən ovçuların adları açıqlanıb
# 05 aprel 2012 07:48 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, baş vermiş uçqun nəticəsində itkin düşdüyü bildirilən şəxslər - 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədovdur.

Hazırda onların axtarışları davam etdirilir.

Qeyd edək ki, dünən Azərbaycanda üç nəfər qar uçqununa düşüb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.

İtkin düşmüş şəxslərin axtarışları davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR