Dow Jones indeksi 0,04%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,04%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib
# 18 oktyabr 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 13 557 bəndədək, S&P 500 0,4% - 1 461 bəndədək, Nasdaq 0,1% - 3 104 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə xarici amillər və daxili korporativ xəbərlər təsir edib. İlk növbədə «Moody’s» agentliyi tərəfindən İspaniyanın reytinqinin təsdiq edilməsi fond bazarına müsbət təsir göstərib, çünki investorlar reytinqin endirilməsini gözləyirdilər.

Avropa fond bazarlarında oktyabrın 17-də FTSE 100 indeksi 0,7% - 5 911 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 395 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 528 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 749,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3091 (+0,02%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR