“Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığının dəstəklənməsi üçün 5,5 mlrd. avro ayrılacaq

“Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığının dəstəklənməsi üçün 5,5 mlrd. avro ayrılacaq
# 16 fevral 2012 15:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin ərazi əməkdaşlığını dəstəkləmək üçün 5,5 mlrd. avro ayırmağı planlaşdırır.

APA-Economics”in ENPI-yə istinadən xəbərinə görə, layihə proqramın iştirakçı ölkələrində yerli və regional hökumətlərin struktur imkanlarının möhkəmləndirilməsinə istiqamətlənib. Məqsəd onların gələcəkdə “Şərq Tərəfdaşlığı”nın trans-sərhəd proqramlarında effektiv iştirak edə bilməsidir.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı ölkələri Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR