Dünən Suriyada 117 nəfər öldürülüb

Dünən Suriyada 117 nəfər öldürülüb
# 09 fevral 2012 07:43 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkənin Ali İnqilabi Şurası ölənlərdən 93 nəfərin Hums şəhərində öldüyünü açıqlayıb. Üsyançıların sözlərinə görə, şəhərdən fasiləsiz partlayışlar səsləri gəlir. Ordu birləşmələri şəhəri artilleriya atəşinə tutur, bundan başqa şəhərin ətrafına tanklar yerləşdirilib. Suriya dövlət televiziyası Bayada şəhəri yaxınlığında partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində bir neçə nəfərin öldüyü barədə məlumat yayıb. Hökumət partlayışın terrorçu birləşmələrə tərəfindən törədildiyini bildirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR