Bakıda Britaniya universitetlərində təhsil almaq istəyənlər üçün təhsil sərgisi keçirilib

Bakıda Britaniya universitetlərində təhsil almaq istəyənlər üçün təhsil sərgisi keçirilib
# 28 fevral 2012 11:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə Böyük Britaniyanın tanınmış universitetlərində təhsil almaq istəyənlər üçün təhsil sərgisi keçirilib. APA-nın xəbərinə görə, proqram koordinatoru Günay Məsimova bildirib ki, sərginin məqsədi bütün maraq göstərən şəxsləri və təşkilatları Azərbaycanın xaricində təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.

Sərgidə Böyük Britaniyanın 4 universiteti və bir ali məktəblərə hazırlıq proqramı üzrə fəaliyyət göstərən təhsil müəssisəsi iştirak edib. Universitetlər ziyarətçilərə öz təhsil proqramları və fəaliyyətləri ilə bağlı məlumat veriblər. Sabah isə maraqlanan şəxslər üçün pulsuz test imtahanları təşkil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR