Əfqanıstanda vertolyot qəzasında 12 türk əsgərinin şəhid olduğu açıqlanıb

Əfqanıstanda vertolyot qəzasında 12  türk əsgərinin şəhid olduğu açıqlanıb
# 16 mart 2012 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri qəza zamanı 12 türk əsgərinin şəhid olduğunu açıqlayıb. Vertolyot yaşayış binasına düşüb, hadisə zamanı 4 Əfqanıstan vətəndaşının da öldüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil. Rəsmi mənbələr vertolyotun havada alışaraq yerə düşdüyünü bildirirlər. Qeyd edək ki, şəhid türk əsgərlərinin Əfqanıstanda beynəlxalq sülhyaratma əməliyyatında iştirak edən Türkiyə hərbi kontingentinin tərkibində bu ölkədə xidmət keçiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR