Gəncə-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Gəncə-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 11 fevral 2012 10:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Gəncə-Qazax yolunun 5-ci kilometrliyində “Toyota” markalı minik avtomobili və “Mercedes Benz” markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü - 1980-ci il təvəllüdlü İbad İkram oğlu Süleymanov hadisə yerində ölüb, sərnişini isə xəsarət alıb.

Yaralı xilasedicilər çatana kimi vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb. Hadisə yerinə gəlmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İ. Süleymanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR