Türkiyəyə qazı ən baha qiymətə İran, ən ucuz isə Azərbaycan satır

Türkiyəyə qazı ən baha qiymətə İran, ən ucuz isə Azərbaycan satır
# 28 mart 2012 08:11 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hesabat ilində Türkiyə qazı ən baha qiymətə İrandan, ən ucuz isə Azərbaycandan alıb.

Belə ki, Türkiyə 2011-ci ildə təbii qazı İrandan 423 dollar/1000 kubmetr, Rusiyadan 418 dollar/1000 kubmetr, Azərbaycandan isə 282 dollar/1000 kubmetr qiyməti ilə alır.

Qeyd edək ki, Türkiyə mətbuatı məlumatları Enerji Nazirliyi və enerji sektorundakı digər mənbələrə əsaslanaraq hazırlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR