Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
# 09 oktyabr 2012 11:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 8-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 0,28 dollar bahalaşaraq 113,88 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR