FİLA prezidenti Bakıda mətbuat konfransı keçirəcək

FİLA prezidenti Bakıda mətbuat konfransı keçirəcək
# 10 may 2012 11:13 (UTC +04:00)
Bakı - APA. Bakıda sərbəst güləş üzrə təşkil olunacaq Dünya Kuboku ilə əlaqədar sabah mətbuat konfransı keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, tədbirdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti KİV nümayəndələrinin suallarını cavablandıracaq. Mətbuat konfransı “Sərhədçi” Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə milliləri qüvvələrini sınayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR