Barak Obama orta təbəqə üçün vergi güzəştlərinin daha bir il uzadılmasını təklif edir
10 iyul 2012 08:01 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama illik gəliri 250 min dollardan aşağı olan ailələr üçün vergi güzəştlərinin daha bir il uzadılması təşəbbüsü ilə çıxış edib.
“APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, sözügedən güzəştlər ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş tərəfindən tətbiq olunub.
Əgər güzəştlərin müddəti uzadılmasa, vergi dərəcələri on il əvvəlki səviyyəsinə qayıdacaq. B.Obamanın sözlərinə görə, orta təbəqənin vergi yükü iqtisadiyyatın geriləməsinə səbəb olur və bunun qarşısını almaq lazımdır: “ABŞ hökuməti müvafiq tədbirlər görmək gücündədir”.
Bununla belə, güzəştlər zəngin amerikalılara şamil olunmayacaq. Prezidentin fikrincə, varlı ailələr üçün vergi güzəştlərinin azaldılması qlobal iqtisadi böhranın səbəblərindən biri olub.
Ekspertlər prezident seçkilərinə dörd ay qaldığı bir vaxtda B.Obamanın bu təşəbbüsünün iqtisadi deyil, siyasi maraqlara xidmət etdiyini bildirirlər.

Maliyyə
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
12:49
11 may 2024
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024