Rusiyanın “Aeroflot” şirkəti Suriyaya bütün reysləri dayandırır

Rusiyanın “Aeroflot” şirkəti Suriyaya bütün reysləri dayandırır
# 23 iyul 2012 12:47 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya Dövlət Hava Yolları şirkəti “Aeroflot” Suriya istiqamətində bütün reysləri dayandırır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Aeroflot” şirkəti yetərli qədər tələbat olmadığına görə Suriya istiqamətində bütün uçuşları dayandırdıqlarını bəyan edib.

Şirkətdən verilən açıqlamada qərarın iqtisadi səbəblərə görə alındığı bildirilib: ”Şirkət avqustun 6-dan etibarən Suriya istiqamətində bütün reysləri dayandırıb. Reysləri dayandırmağımızın səbəbi iqtisadi problemlə bağlıdır. Bu reyslərə hal-hazırda tələbat yoxdur. Suriyaya reyslər həyata keçirmək artıq sərfəli deyil”.

Qeyd edək ki, “Aeroflot” şirkəti 1923-cü ildə yaradılıb. Hal-hazırda şirkət dünyanın 53 ölkəsinə uçuşlar həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR