Avropa Komissiyası Azərbaycana 19,5 milyon avro ayırıb

Avropa Komissiyası Azərbaycana 19,5 milyon avro ayırıb
# 24 avqust 2012 08:08 (UTC +04:00)
APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2012-ci il üzrə İllik Proqram çərçivəsində Azərbaycana 19,5 milyon avro veriləcək.

Bu maliyyə AB-Azərbaycan Fəaliyyət Planı kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə, o cümlədən viza alınması prosesinin optimallaşdırılması məsələlərinə yönəlib.

Qeyd edək ki, AB və Azərbaycan viza rejiminin sadələşdirilməsi və readmissiya məsələləri ilə bağlı danışıqlar aparır. Danışıqların növbəsi raundunun payızda keçirilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR