Rəfsəncani: “İranda vəziyyət belə davam edə bilməz”

Rəfsəncani: “İranda vəziyyət belə davam edə bilməz”
# 04 oktyabr 2012 09:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranda vəziyyət belə davam edə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bildirib. Onun sözlərinə görə, ölkəyə can yandıranlar və ziyalılar da durumdan narazıdırlar: “Ancaq biz bütün çətinliklərə və problemlərə baxmayaraq ümidimizi itirməmişik. Hamımız səbirli olmalı və daha yaxşı fürsətin yaranmasını gözləməliyik”.

Qeyd edək ki, bu günlərdə Rəfsancaninin oğlu və qızı həbs olunub. Faizə Haşimi 6 aylıq həbs cəzasını Evin həbsxanasında çəkir. Mehdi Haşimi isə Böyük Britaniyadan qayıtdıqdan sonra həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR