Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Akif Əlizadə deyib ki, konfransda dünyanın 20-dən artıq ölkəsini təmsil edən alimlər iştirak edirlər: “Bakıda ilk seysmik müşahidələrə 1902-ci ildə Nobel qardaşları tərəfindən başlanılıb. 110 il ərzində Azərbaycan seysmikliyin öyrənilməsi sahəsində böyük yol keçib. Azərbaycanda hazırda 30-dan artıq seysmoloji stansiya fəaliyyət göstərir. Azərbaycanda neft geniş hasil olunan yerlərdə hər hansı təhlükənin qarşısının alınması üçün dənizdibi seysmoloji monitorinqlər aparılır, 3 yeni stansiyanın quraşdırılması gözlənilir”.

Baş nazirin müavini Abid Şərifov isə deyib ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv olduğundan burada tarixən güclü zəlzələlər baş verib. Onun sözlərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzində kompleks tədqiqatların aparılması nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda ilk dəfə olaraq dənizdibi seysmik stansiyaların quraşdırılmasına başlanılıb. Bu stansiyalar dənizdə baş verən zəlzələlərin daha dəqiq qeydiyyatını aparmağa, Xəzərin seysmikliyini, dərinlik quruluşunu, karbohidrogen yataqlarında geodinamik şəraiti qiymətləndirməyə imkan verəcək. A. Şərifov deyib ki, hazırda Azərbaycanda seysmologiya elmi öz inkişaf dövrünü yaşayır. Artıq bəzi ölkələrdə Azərbaycan seysmoloqlarının praktikasından istifadə edilməyə başlanılıb: “Zəlzələ bütün dünyada bəşəri problemdir və sərhəd tanımır. Ümid edirəm ki, bu konfrans dünya seysmoloqları arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsini daha da genişləndirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR