Milli Məclisin komitə sədri Rusiyaya səfər edəcək

Milli Məclisin komitə sədri Rusiyaya səfər edəcək
# 26 aprel 2012 12:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Rusiya Dövlət Duması: Avrasiya məkanında parlamentarizmin yaradılması” mövzusuna həsr olunan dəyirmi masada iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər aprelin 27-dən 29-dək davam edəcək.

Rusiya Dövlət Dumasında təşkil olunan dəyirmi masada Avrasiya məkanında parlamentarizmin tarixi ənənələrinə nəzər salınacaq, qanun yaradıcılığının müasir tendensiyaları müzakirə ediləcək, MDB üzvü olan dövlətlərin inteqrasiyasında parlamentlərin rolunun artırılması istiqamətində səylər əlaqələndiriləcək.

Diskussiyalarda Arif Rəhimzadə Rusiya Dövlət Dumasının üzvü olmuş azərbaycanlılar barədə danışacaq, həmin tarixi şəxsiyyətlərin Avrasiya məkanında parlamentarizmin inkişafına verdikləri töhfələrdən bəhs edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR