Bu gün Avropa Parlamentinin plenar sessiyası başlayır

Bu gün Avropa Parlamentinin plenar sessiyası başlayır
# 17 aprel 2012 09:25 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiya çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişi müzakirə olunacaq. Bu məsələ ilə bağlı debatların bu gün keçirilməsi nəzərdə tutulur, sabah isə assosiativ danışıqların gedişi ilə bağlı deputat Anneli Jaatenmakinin hazırladığı qətnamə layihəsi səsə qoyulacaq.

Plenar sessiyanın gündəliyinə həmçinin Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişinin müzakirəsi, insan haqları üzrə illik hesabat, Suriya problemi, Qara dənizdə Avropa strategiyası ilə bağlı məsələlər daxil edilib. İclasda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton da iştirak edəcək. Sessiya aprelin 20-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR