BAXCP Avropa Parlamentinin qətnaməsini pisləyib

BAXCP Avropa Parlamentinin qətnaməsini pisləyib
# 26 may 2012 16:45 (UTC +04:00)
Bakı - APA. Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə reallığa söykənmədiyi, eləcə də dəqiq olmayan faktları, əsassız iddiaları əks etdirdiyi üçün qərəzli və qeyri-ciddi xarakter daşıyır. Bu barədə APA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli məlumat verib.

Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində həyata keçirilən layihələrin perspektivini şübhə altına alır, regional əməkdaşlığa və inteqrasiya prosesinə ciddi zərbə vurur: «Avropa Parlamenti kimi nüfuzlu bir qurumun qəbul etdiyi sənəddə mübaliğəli və təhrif olunmuş məlumatların yer alması və bu məlumatların Azərbaycana qarşı təxribat xarakterli kampaniya aparan bəzi xarici kütləvi informasiya vasitələrinin irəli sürdüyü iddialarla eynilik təşkil etməsi narahatlıq və təəssüf hissi doğurur».

BAXCP-nin Avropa Parlamentinin qəbul etdiyi qətnaməni qətiyyətlə pislədiyini qeyd edən Elçin Mirzəbəyli Avropa parlamentarlarını ədalətli olmağa, elan etdikləri prinsiplərə sayğı göstərməyə, Azərbaycana münasibətdə regionda mövcud olan reallıqları nəzərə almağa çağırıb: «Avropa Parlamentinin qətnaməsində yer alan əsassız iddialar dünyəvi və demokratik inkişaf yolu seçən Azərbaycana qarşı aqressiv siyasət yürüdən teokratik və fürsətçi rejimlərin maraqlarına xidmət edir, onların demokratik təsisatlara qarşı dini-ekstremist fəaliyyətlərini daha da genişləndirmələrinə zəmin yaradır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR