Pakistan Senatının nümayəndə heyətinin Azərbaycana səfəri başlayır

Pakistan Senatının nümayəndə heyətinin Azərbaycana səfəri başlayır
# 28 fevral 2012 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Pakistan Senatı sədrinin müavini Mir Can Məhəmməd Xan Camalinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayır. Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

A. Təvəkküloğlu deyib ki, səfər çərçivəsində Milli Məclisdə parlamentlərarası dostluq qruplarının görüşləri keçiriləcək və qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul olunacaq. Pakistan Senatının nümayəndə heyətinin prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. Bundan başqa, pakistanlı deputatlar Bakı Dövlət Universitetində olacaqlar.

Fevralın 29-dan başlayacaq rəsmi görüşlər martın 2-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR