ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 05 noyabr 2012 13:40 (UTC +04:00)
Bakı-APA. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri İran və Ermənistanın birgə iştirakı ilə Araz çayı üzərində SES-in tikilməsini, dövlətimiz üçün ekoloji baxımdan ziyanlı olduğunu və Azərbaycanla müharibə şəraitində olan Ermənistana təcavüzkarlığını davam etdirmək baxımdan, yeni imkanlar yarada biləcəyini diqqətə çatdırıb və İran dövlətini qardaş Azərbaycan dövlətinin əleyhinə yönələn bu projedən, imtina etməyə çağırıb.

İdarə Heyəti üzvləri Urmiya ərazisində iyirminci əsrin erməni soyqırımını sübut edən azərbaycanlılara məxsus məzarlığın kütləvi məhv edilməsini, qətiyyətlə pisləyib iki müsəlman dövlətinə qarşı genosid faktını təsdiq edən bu məzarlığın qorunmasının vacibliyini İran rəsmilərinin diqqətinə çatdırıb.

İclasda Milli Məclisdə mitinqlərə görə yeni cərimələr müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsini yol verilməz hesab edib və bunun Azərbaycan Konstitusiyasına, Avropa İnsan Haqları Xartiyasına və beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu vurğulayıb.

İdarə Heyəti üzvləri həmçinin bu qanunun konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək barədə qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR