İtaliyada radikal əmək islahatı həyata keçirilib

İtaliyada radikal əmək islahatı həyata keçirilib
# 28 iyun 2012 08:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, “Super Mario” ləqəbli baş nazir qarşısına yerli biznesi canlandırmaq kimi çətin vəzifə qoymaqla italyan mentalitetinin əsaslarına toxunub.

Yeni qanunla işəgötürənlərin işçiləri işdən çıxarması sadələşib, həmkarlar təşkilatlarının rolu isə azaldılıb. İtaliyanın əmək və sosial siyasət naziri Elza Fornero əmək islahatının idealdan uzaq olduğunu bildirsə də, müsbət məqamlardan da xali olmadığını vurğulayıb: “Xüsusən əmək bazarına yeni daxil olanlar üçün bu sənəd yaxşıdır. Əleyhdarlarımız bilsinlər ki, biz insanları müdafiə edirik, onların iş yerlərini yox. BU, öz adətlərini dəyişmək istəyən italyanlara stavkadır. Axı iş hüquq deyil, onun uğrunda mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, son 40 ildə İtaliyada işəgötürən-işçi münasibətlərində Əmək Məcəlləsinin 18-ci maddəsi ikincini haqlı çıxarırdı. Bu maddəyə əsasən, işçini yalnız işləməkdən açıq imtina etdiyinə görə və yalnız uzun sürən məhkəmə çəkişmələrindən sonra işdən çıxarmaq olardı. İndi isə işəgötürən pul kompensasiyası ödəməklə bu problemi həll edə biləcək.

Bundan başqa, firmalar iqtisadi çətinlik şəraitində ştat vahidini ixtisar edə biləcək. Vətəndaşların müdafiəsi üçün aylıq işsizlik müavinəti 1100 avroya çatdırılacaq. Bu vəsait işəgötürənlərin hesabına formalaşan xüsusi fonddan ödəniləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR