“Elektron təhsil" respublika müsabiqəsi aprelin 2-də başlayacaq

“Elektron təhsil" respublika müsabiqəsi aprelin 2-də başlayacaq
# 30 mart 2012 08:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Aprelin 2-də "Elektron təhsil" respublika müsabiqəsinə start veriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə "2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və "Microsoft-Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "Ultra", HP, AzEduNet MMC və "Mədəd" təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaqdır.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR