ATƏT-in Bakı ofisi polislər üçün təlim keçirəcək

ATƏT-in Bakı ofisi polislər üçün təlim keçirəcək
# 12 aprel 2012 08:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Aprelin 16-dan 27-nə qədər ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı təlim təşkil olunacaq. APA-nın xəbərinə görə, təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib. Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirəcək. Təlimə nəzəri və praktik məşğələlər də daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR