Lavrov: “Obamanın Rusiyaya səfərdən imtina etməsinin səbəbi Putinin “G8” sammitində iştirak etməməsi deyil”

Lavrov: “Obamanın Rusiyaya səfərdən imtina etməsinin səbəbi Putinin “G8” sammitində iştirak etməməsi deyil”
# 15 may 2012 16:51 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-la Rusiya arasında yaranan diplomatik qalmaqala aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S.Lavrov bildirib ki, Barak Obamanın Rusiyaya səfərdən imtina etməsinin səbəbi Vladimir Putinin mayın 18-19-da Kemp-Deviddə keçiriləcək olan “Böyük Səkkizlər”in (G8) zirvə toplantısında iştirakdan imtina etməsi deyil: “ABŞ prezidentinin Rusiyaya səfərdən imtina etməsi əvvəlcədən məlum idi. Barak Obamanın Vladivostokda keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) forumunda iştirakdan imtina etməsi ilə bağlı yayılan məlumat spekuliyasiyadır”.

Qeyd edək ki, Vladimir Putin mayın 18-19-da Kemp-Deviddə keçiriləcək “G8” zirvə toplantısında iştirakdan imtina edib. Bunun ardından ABŞ prezidenti Barak Obama da sentyabr ayında Vladivostokda keçirilməsi planlaşdırılan Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının forumuna qatılmayacağını bildirib. B.Obamanın Rusiyaya səfərdən imtina etməsinin V.Putinin G8 toplantısında iştirakdan imtina etməsinə cavab olması haqqında məlumatlar yayılıb.

Ağ Evin mətbuat katibi Cey Karni 3-6 sentyabr tarixlərində Demokrat Partiyasının ümummilli qurultayının keçirilməsi ilə əlaqədar Barak Obamanın Rusiyaya səfər edə bilməyəcəyini söyləyib
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR