Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb
# 21 may 2012 09:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə B. Hacıyevin vəkili Əlayif Həsənov çıxış edərək, Qaradağ rayon Məhkəməsinin qərarının əsassız olduğunu bildirib və apellyasiya şikayətinin təmin olunmasını xahiş edib. Daha sonra dövlət ittihamçısı çıxış edərək, apellyasiya şikayətinin təmin olunması üçün kifayət qədər əsasların olmadığını bildirib. Müşavirədən sonra hakim apellyasiya şikayətinin təmin olunmadığını bildirib.

Qeyd edək ki, B. Hacıyev ərizə yazaraq prosesdə iştirak etməkdən imtina etdiyi üçün məhkəməyə gətirilməyib.

B. Hacıyev cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon Məhkəməsinə müraciət edib. Məhkəmə isə müraciəti təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR