Azərbaycanın xarici işlər naziri Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüşüb - <font color=red>FOTO</font>
# 13 iyun 2012 12:13 (UTC +04:00)
Bakı –APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, P. Tomka BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işlər və məhkəmə sistemində aparılan islahatlar barədə danışıb. E. Məmmədyarov Azərbaycan Respublikasının demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həllinin tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR