Avropa Birliyi iqtisadi artım üçün 130 mlrd. avro ayıracaq

Avropa Birliyi iqtisadi artım üçün 130 mlrd. avro ayıracaq
# 23 iyun 2012 14:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropanın ən iri iqtisadiyyatları olan Almaniya, Fransa, İspaniya və İtaliyanın dövlət başçıları iqtisadi artımı stimullaşdıracaq 130 mlrd. avro məbləğində tədbirlər paketinin qəbul edilməsi barədə razılığa gəliblər. «APA-Economics»in məlumatına görə, bu stimullaşdırma tədbirləri büdcələrin icra edilməsinə zərər vurmayacaq.

Eyni zamanda həmin vəsaitlərin hansı konkret istiqamətlərə yönəldiləcəyi hələ bildirilmir.

Bundan əlavə ölkə rəhbərləri maliyyə əməliyyatlarında verginin tətbiqi barədə də razılığa gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR