Samur-Abşeron kanalında batmış şəxsin axtarışlarına başlanılıb

Samur-Abşeron kanalında batmış şəxsin axtarışlarına başlanılıb
# 26 iyun 2012 04:28 (UTC +04:00)
Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, FHN-nin dalğıc-xilasediciləri tərəfindən artıq batdığı güman olunan şəxsin axtarışlarına başlanılıb.
APA-nın fhn.gov.az saytına istinadən verdiyi məlumata görə, 3 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“sahil-1”, “Zaqulba 3” sularda xilasetmə məntəqəsinin ərazilərində) və 1 nəfər Abşeron rayonu ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən təxminən, 2000 m sağda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşiblər. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR