TQDK Bakı üzrə buraxılış imtahanlarında istifadə edilən sual kitabçalarını açıqlayıb

TQDK Bakı üzrə buraxılış imtahanlarında istifadə edilən sual kitabçalarını açıqlayıb
# 04 iyul 2012 15:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı üzrə buraxılış imtahanlarında istifadə edilən sual kitabçalarını ictimaiyyətə açıqlayıb. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, iyunun 2-də və 3-də Bakıda tam və ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan və rus bölmələrinin buraxılış imtahanlarında istifadə edilən sual kitabçalarının varinatları TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Sual kitabçalarının açıqlanmasında məqsəd ictimaiyyəti buraxılış imtahanlarının məzmunu ilə daha yaxından tanış etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR