Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb

Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb
# 11 iyul 2012 09:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, rayon ərazisində yerləşən, Hafiz Şahmuradova məxsus mağazadan içərisində 10 min manat pul olan seyf oğurlanıb. Görülən zəruri tədbirlər nəticəsində seyfi oğurlamaqda təqsirləndirilən Mehman Abbasov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR