Misir və Tunis prezidentləri Suriyaya hərbi müdaxiləyə qarşı çıxıblar

Misir və Tunis prezidentləri Suriyaya hərbi müdaxiləyə qarşı çıxıblar
# 14 iyul 2012 02:57 (UTC +04:00)
Bakı-APA. Misirin prezidenti Məhəmməd Mursi və Tunis prezidenti Monsef Marzurki Suriya müxalifətinin hökumətə qarşı üsyanını dəstəkləyirlər, lakin bu ölkədəki hadisələrə kənardan hərbi müdaxiləyə qarşı çıxıblar.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Məhəmməd Mursi Tunis prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Tunis prezidenti hesab edir ki, xarici hərbi müdaxilə Suriyada vəziyyəti daha da pisləşdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR