Mərkəzi Neftçilər Xəstəxanasında böyrək daşı cərrahiyyəsində unikal metodun tətbiqinə başlanıb
26 iyul 2012 07:01 (UTC +04:00)
Bakı-APA. Mərkəz Neftçilər Xəstəxanasının Urologiya şöbəsində böyrək daşı xəstəliyinin cərrahi müalicəsində ilk dəfə olaraq yeni endoskopik metodun tətbiqinə başlanılıb. Şöbənin cərrahı, urologiya uzmanı dr. Rəşad Məmmədovun APA-ya verdiyi məlumata görə, üç ilə yaxındır şöbədə böyrək daşı xəstəliyi endoskopik lazer texnologiyalarının tətbiqi ilə əməliyyat edilir: “Bu əməliyyat (Perkutan Nefrolitotomiya) standart olaraq xəstənin “üzüstü” vəziyyətində həyata keçirilir. Bu vəziyyətdə xəstələr , özəlliklə yaşlı xəstələr müəyyən qədər risk altında olurlar. Yeni tətbiq etdiyimiz metodda xəstə arxası üstündə qalmaqla “Supin Perkutan Nefrolitotomiya” əməliyyatı icra olunur. Və beləcə xəstənin bütün riskləri minimuma endirilir”.
Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yolla böyrək çıxarılma əməliyyatı) əməliyyatını geniş şəkildə tətbiq edən cərrahdır. Onun elmi işləri beynəlxalq mükafatlara layiq görülüb.
Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yolla böyrək çıxarılma əməliyyatı) əməliyyatını geniş şəkildə tətbiq edən cərrahdır. Onun elmi işləri beynəlxalq mükafatlara layiq görülüb.
Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024