Avrozonada işsizlik rekord vurmaqda davam edir

Avrozonada işsizlik rekord vurmaqda davam edir
# 31 iyul 2012 12:46 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin iyun ayında avrozonanın 17 ölkəsində işsizlik səviyyəsi aylıq müqayisədə 0,1 faiz bəndi artaraq 11,2% təşkil edib və bununla da yeni rekord səviyyəyə çatıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Avropa Statistika Agentliyinin (“Eurostat”) materiallarında bildirilir.

Hesabat dövründə regionda işsizlərin sayı 123 min nəfər artaraq 17,8 mln. nəfərə çatıb. Ən az işsizlik Avstriya (4,5%) və Niderlandda (5,1%) qeydə alınıb. İşsizlərin sayına görə liderlik isə İspaniyaya məxsus olmaqda davam edir. Hazırda bu ölkədə işsizlərin sayı 5,7 mln. nəfər (24,6%) təşkil edir ki, bu da diktator Frankonun ölümündən bəri ən yüksək göstəricidir.

İtaliyada işsizlik səviyyəsi 10,8%-ə çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Almaniyada isə bu göstərici (6,8%) dəyişməyib.

Beynəlxalq Əmək Təşkilatının proqnozlarına əsasən, hökumətlər iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlər görməsələr, yaxın 4 ildə avrozonada işsizlərin sayı 22 mln. nəfərə çata bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR