Azərbaycanda 27603 abituriyent ixtisas seçimini edib

Azərbaycanda 27603 abituriyent ixtisas seçimini edib
# 13 avqust 2012 08:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan 27603 abituriyent artıq öz ixtisas seçimini edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11.40-a olan məlumata görə, ixtisas seçənlərin 23856-sı Azərbaycan, 3547 nəfəri isə rus bölməsinin abituriyentləridir. I qrup üzrə 8866, II qrup üzrə 7898, III qrup üzrə 7797, IV qrup üzrə isə 3042 abituriyent öz ixtisas seçimini edib.

Qeyd edək ki, Azərbaycanda ali məktəblərə ixtisas seçimi avqustun 7-də başlayıb. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 16-dək internet vasitəsilə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR